SON DƏQİQƏ
» » Azərbaycan aeroportlarında yeni sistem tətbiq ediləcək – Prezident açıqladı

Azərbaycan aeroportlarında yeni sistem tətbiq ediləcək – Prezident açıqladı

Tarix:

9-04-2018, 22:53

/ 10 270 dəfə oxundu.
Azərbaycan aeroportlarında yeni sistem tətbiq ediləcək – Prezident açıqladı

“Biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək”.

Gunaz.az xəbər verir ki, Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Prezident bildirib ki, bütün sərhəd-keçid məntəqələrində qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır:

“Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın”.

скачать dle 12.1

Şərhlər