SON DƏQİQƏ
» » Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Tarix:

6-04-2018, 11:54

/ 10 260 dəfə oxundu.
Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanda şaxtada baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.

Gunaz.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

“Mindeli şaxtasında baş vermiş qəza ilə əlaqədar ölənlərin ailələrinə, eləcə də, qonşu və dost Gürcüstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq”, - XİN-dən bildirilib.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə altı nəfər ölüb, üç nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ