SON DƏQİQƏ
» » “Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram” — İlham Əliyev

“Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram” — İlham Əliyev

Tarix:

5-04-2018, 22:13

/ 10 371 dəfə oxundu.
“Ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram” — İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib.

Gunaz.az xəbər verir ki, prezident M. Qusmanın “Azərbaycan mətbəxinin Sizin xoşladığınız yeməkləri hansılardır, Azərbaycan Prezidentinin menyusu nədən ibarətdir?” sualına cavabında belə cavab verib: “Əlbəttə, hər bir xalqın mətbəxi onun mədəniyyətinin, ənənələrinin və imkanlarının göstəricisidir. Azərbaycan mətbəxi çox rəngarəngdir, çox dadlıdır, lakin çox təhlükəlidir”.

“Bəs təhlükə nədən ibarətdir” sualına cavab verən ölkə başçısı bildirib ki, təhlükə məhz nəzarətsiz çəki artımındadır.

İlham Əliyev Qusmanın “Azərbaycan arıqlamaq istəməyənlər üçün cənnətdir” deyimini təsdiqləyərək, bu səbəbdən gündəlik həyatda sui-istifadə etməməyə çalışdığını deyib: “Zənnimcə siz haqlısınız. Buna görə mən gündəlik həyatımda sui-istifadə etməməyə çalışıram, hərçənd, əlbəttə, hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini xoşlayır. Mən də istisna deyiləm. Lakin gündəlik həyatımda hər halda bir qədər uzaq durmağa çalışıram. Azərbaycan mətbəxindən xoşladığım yeməklərə gəldikdə isə deməliyəm ki, mən bu yeməklərin praktiki olaraq hamısını xoşlayıram. Lakin ən çox xanımım Mehribanın hazırladığı yeməkləri xoşlayıram. Bu məsələdə o, yaxşı mütəxəssisdir, əlbəttə, mənə və ailəmizin bütün üzvlərinə çox sevinc bəxş edir, özünün kulinar əsərləri ilə bizi sevindirir. Biz, əlbəttə, bunu qiymətləndiririk və ailə üzvlərinə bu cür qayğısına görə ona çox təşəkkür edirik”.

Qusman Prezidentə itirdiyi enerjini necə bərpa etməsi ilə bağlı da sual ünvanlayıb. Ölkə başçısı məxsusi hobbisi olmadığını dilə gətirib: “Mənim məxsusi hobbim yoxdur. Lakin hesab edirəm ki, sənə sevinc, məmnunluq gətirən işlə məşğul olmaq elə hobbidir. Mənə gəldikdə, əməyimin nəticələrini görmək ən böyük sevincdir. İnanın, bu sözləri elə-belə, kamera üçün demirəm, bu, həqiqətən belədir. Əlbəttə, görəndə ki, nəzərdə tutulan işlər yerinə yetirilib, görəndə ki, Azərbaycanın inkişafının bu və ya digər sahəsində irəliləyiş var, bu, mənə böyük mənəvi zövq verir. Bu, hər bir hobbidən yaxşıdır. Buna görə düşünürəm ki, mən hansısa məxsusi hobbinin olmamasını bu yolla kompensasiya edirəm. Bundan əlavə, əlbəttə, asudə vaxtımı ailəmlə keçirirəm və yəqin ki, orada həm də həyat üçün enerji alıram. Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ