SON DƏQİQƏ
» » İlham Əliyev: “Cənab Putinlə aramızda qapalı mövzu yoxdur”

İlham Əliyev: “Cənab Putinlə aramızda qapalı mövzu yoxdur”

Tarix:

5-04-2018, 21:48

/ 10 425 dəfə oxundu.
İlham Əliyev: “Cənab Putinlə aramızda qapalı mövzu yoxdur”

“Tez-tez keçirilən görüşlər, ikitərəfli və çoxtərəfli formatda əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Bizim qapalı mövzumuz yoxdur. Müdaxiləmizi tələb edən hansısa suallar yarandıqda, biz mütləq zəngləşir, yaxud görüşürük. Tabeliyimizdə olan şəxslərdən kiminsə buraxdığı hansısa məqamları nizamlayırıq".

Gunaz.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri barədə sualı cavablandırarkən bildirib.

Prezident qeyd edib ki, Vladimir Putinlə şəxsi münasibətlər ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir: Şübhəsiz, liderlərin şəxsi əlaqələri istənilən dövlətlərarası münasibətlərdə həmişə mühüm rol oynayır, xüsusilə də çoxəsrlik tarixin bağladığı qonşu dövlətlər arasında münasibətlərdə. Bu, dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayan vacib amildir. Bir çox hallarda bizim səylərimiz, etibarlı münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacibliyini ümumi dərk etməyimizin sayəsində əməkdaşlığımızı həm Rusiya, həm də Azərbaycanın barəsindıə bəyan etdikləri strateji tərəfdaşlıq səviyyəsinə çıxartmağa müyəssər olmuşuq”.

Əməkdaşlıq istiqamətlərindən danışan Azərbaycan prezidenti qeyd edib ki, ölkələr bir çox məsələlər üzrə sıx qarşılıqlı əməkdaşlıq edirlər:

“İqtisadi sahədə mal dövriyyəsi artır, nəqliyyat, energetika sahəsində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq böyük bir təbəqədir. Azərbaycanda rus dilində təhsil verən 300-dən artıq məktəb var, bütün ali tədris müəssisələrində rusdilli fakültələr mövcuddur. Bir müddət əvvəl isə Rusiyanın aparıcı ali məktəbləri – MDU və Seçenov adına Tibb Akademiyasının iki filialı açıldı ki, bu da bizim humanitar əməkdaşlığımız üçün mühüm amildir”.

скачать dle 12.1

Şərhlər