SON DƏQİQƏ
» » İran və Azərbaycan əlaqələri ən yüksək səviyyədədir - Zərif

İran və Azərbaycan əlaqələri ən yüksək səviyyədədir - Zərif

Tarix:

5-04-2018, 20:27

/ 10 397 dəfə oxundu.
İran və Azərbaycan əlaqələri ən yüksək səviyyədədir - Zərif

Son 26 ildə Azərbaycan ilə İran arasındakı əlaqələr indiyədək mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb.

Gunaz.az xəbər verir ki, Bunu Azərtac-a müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirən xarici işlər naziri İran Prezidenti Həsən Ruhaninin Azərbaycana son səfərinə diqqət çəkib:

“Prezident Həsən Ruhaninin Azərbaycana səfəri olduqca uğurlu keçdi. Hər iki ölkə mühüm layihələr üzərində işləyir. Bu layihələrdən birinə Xəzər dənizində birgə əməkdaşlıq daxildir. Biz, eyni zamanda, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizində uğurlu əməkdaşlıq edirik. Hər iki ölkə faydalı əməkdaşlıq nümayiş etdirir. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-İran dördtərəfli əməkdaşlığı da yüksək səviyyədə davam edir. Biz bu əlaqələri daha geniş məcrada inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ