SON DƏQİQƏ
» » Modul tipli 14 məktəbin quraşdırılmasına 4,3 milyon manat ayrılıb

Modul tipli 14 məktəbin quraşdırılmasına 4,3 milyon manat ayrılıb

Tarix:

2-04-2018, 19:42

/ 10 314 dəfə oxundu.
Modul tipli 14 məktəbin quraşdırılmasına 4,3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az xəbər verir ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ