Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqa qanun layihəsi müzakirə olunub.
Gunaz.az-ın xəbərinə görə, layihə haqqında birinci vitse-spiker Ziyafət Əsgərov məlumat verib. O bildirib ki, bu sazişin nə dərəcədə əhəmiyyətli olduğunu hər kəs bilir. Odur ki, bu haqda geniş danışmağa ehtiyac yoxdur.
Vitse-spikerin çıxışından sonra qanun layihəsi dəstəklənib.
Qeyd edək ki, sazişin məqsədi tərəflər arasında müdafiə təyinatlı mal və xidmətlərin təkmilləşdirilməsi, istehsalı, tədarükü, ardıcıllığı və müvafiq texniki, eləcə də maddi-texniki təminat sahələrində daha səmərəli əməkdaşlıq vasitəsilə tərəflərin müdafiə sənayesi sahəsində bacarıqlarını inkişaf etdirirək müdafiə sənayesi sahəsində əməkdaşlığı həyata keçirməkdir.