SON DƏQİQƏ
» » Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıb

Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıb

Tarix:

12-02-2018, 18:33

/ 1 263 dəfə oxundu.
Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın məlumatına görə, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ