SON DƏQİQƏ

İlham Əliyev fərman imzaladı

Tarix:

8-02-2018, 18:30

/ 1 058 dəfə oxundu.
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fevralın 8-də “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gunaz.az-ın məlumatına görə, fərmanla “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 952 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1048) 2.3-cü bəndi ləğv edilib.

"2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara malikdir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ