SON DƏQİQƏ
» » Prezidentin səfir təyin etdiyi İsmayılov kimdir?

Prezidentin səfir təyin etdiyi İsmayılov kimdir?

Tarix:

7-02-2018, 19:52

/ 1 178 dəfə oxundu.
Prezidentin səfir təyin etdiyi İsmayılov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rəşad İsmayılovla bağlı qərar verib.

Gunaz.az xəbər verir ki, İ. Əliyev R. İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Rəşad İsmayılov Bakı şəhərində iyunun 7-si 1974-cü ildə ziyalı ailəsində anadan olub.

O, 1981-1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Baki Dövlət Universitetinin hüquq fakultəsinin əyanı şöbəsini fərqlənmə diplomu ilə bitirib.

Bundan başqa, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakultəsinin məzunu olub. Daha sonra Həyat Qeyri Hökümət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

R. İsmayılov sentyabrın 10-u 2015-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib. Daha sonra isə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

Evlidir, iki övladı var.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ