SON DƏQİQƏ
» » Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

Tarix:

11-01-2018, 20:10

/ 1 045 dəfə oxundu.
Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrannın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfirlə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ