SON DƏQİQƏ
» » ATƏT -in yeni sədri: "Diqqətimiz münaqişələrə yönələcək"

ATƏT -in yeni sədri: "Diqqətimiz münaqişələrə yönələcək"

Tarix:

11-01-2018, 15:15

/ 346 dəfə oxundu.
ATƏT -in yeni sədri: "Diqqətimiz münaqişələrə yönələcək"

“İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək”.

Gunaz.az  xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

"Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək", - deyən XİN rəhbəri qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

Xatırladaq ki, İtaliya ATƏT-ə bu il yanvarın 1-dən sədrlik edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ