SON DƏQİQƏ

Ankaradan Berlinə vacib olan səfər

Tarix:

3-01-2018, 16:11

/ 2 860 dəfə oxundu.
Ankaradan Berlinə vacib olan səfər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yanvarın 6-da Berlində Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriellə görüşəcək.

Gunaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli nazir özü bildirib.

O qeyd edib ki, Türkiyənin Almaniya ilə heç bir problemi yoxdur:

“Almaniya və bəzi ölkələrin nəsə problemi var, ancaq nədirsə, bizə də başa salmalıdırlar. Almaniya ilə əlaqələri daha yaxşı səviyyəyə gətirmək istəyirik”.

Qeyd edək ki, bu, Türkiyə ilə Almaniya arasında ötən ilin əvvəlində yaşanan böhrandan sonra Ankaradan Berlinə edilən ən yüksək səviyyəli səfərdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ