SON DƏQİQƏ

Prezident İlham Əliyevin ad günüdür

Tarix:

23-12-2017, 23:22

/ 1 246 dəfə oxundu.
Prezident İlham Əliyevin ad günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

Gunaz.az xatırladır ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İlham Əliyev burada tarix elmləri namizədi elmi dərəcəsinə qədər yüksəlib.

1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada əvvəlcə vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib. Buradakı fəaliyyəti dönəmində o, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynayıb.

İlham Əliyev Azərbaycanda idmanın inkişafında da mühüm rol oynayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilən Əliyev idmanın inkişafına xüsusi qayğı göstərməyə başlayır.

İki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi çalışır. 2003-cü ilin yanvarında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. Elə həmin ilin avqustunda Baş nazir vəzifəsinə təyin edilir.

Baş nazir təyin olunmasından sonra onun deputat səlahiyyətlərinə xitam verilir. 2003-cü ilin 15 oktyabrında Azərbaycan Republikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verir.

İlham Əliyev 2008 və 2013-cü il prezident seçkisində yenidən xalqın etimadını qazanaraq prezident olur.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən İlham Əliyevin üç övladı və dörd nəvəsi var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ