SON DƏQİQƏ
» » Bu, müdrikliyin nəticəsidir –Əfqanıstan prezidenti

Bu, müdrikliyin nəticəsidir –Əfqanıstan prezidenti

Tarix:

1-12-2017, 19:57

/ 946 dəfə oxundu.
Bu, müdrikliyin nəticəsidir –Əfqanıstan prezidenti

Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq “Şimal dəhlizi” və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi.

Gunaz.az xəbər verir ki, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazanıb. “NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq”.

Əfqanıstan prezidenti vurğulayıb ki, Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir: “Cənab Prezident, qeyd etdiyiniz iqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir. Orada olan məsələlərin hər birinin işlənib hazırlanmasından etibarən, söyləyə bilərəm ki, yaratdığımız çərçivə bizi daha da yaxınlaşdırır. O, Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar. Yaradılmış işçi qrupu indicə imzalanmış sazişlər baxımından öz işini davam etdirəcək. Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu – əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür. Cənab Prezident, Sizin rəhbərliyinizin xüsusiyyəti ondan ibarətdir ki, Siz bizim bugünkü yox, gələcək günümüzü görürsünüz. Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər”.

“Hər dəfə Bakıya gəldikdən sonra ümidlə qayıdıram. Bütün həmkarlarım da bu cür düşünürlər. Xatırlamaq kifayətdir ki, rəhmətlik atanız və Siz hansı çətinliklərlə üzləşmişdiniz – müharibə, qaçqın və məcburi köçkünlər, səviyyəsi 40 faizi aşan yoxsulluq, həcmi 5 milyard manat olan ümumi daxili məhsul. Nailiyyətləriniz çox yaxşı misaldır, çünki uzun müddət əvvəl, məsələn 6 – 8 il əvvəl mövcud olanları öyrəndikdə, görürük ki, onlar keçmişdə qaldı. Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi”, – deyə o vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ