SON DƏQİQƏ
» » Əfqanıstan prezidenti: "Azərbaycan prezidentinin bəyanatını alqışlayırıq"

Əfqanıstan prezidenti: "Azərbaycan prezidentinin bəyanatını alqışlayırıq"

Tarix:

1-12-2017, 10:50

/ 973 dəfə oxundu.
Əfqanıstan prezidenti: "Azərbaycan prezidentinin bəyanatını alqışlayırıq"

"Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik ki, bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz".

APA-nın məlumatına görə, bunu bu gün Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk. Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.

Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".

скачать dle 12.1

Şərhlər