SON DƏQİQƏ

Ağcabədiyə 3 milyon manat ayrıldı

Tarix:

29-11-2017, 17:58

/ 853 dəfə oxundu.
Ağcabədiyə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Ağcabədi rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, “Qarabağ” Muğam Mərkəzi, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilib, Rayon Mədəniyyət evi, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 18 mindən çox iş yeri açılıb, yeni avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda deyilir ki, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ