SON DƏQİQƏ
» » Məlahət İbrahimqızı erməni deputatı ifşa etdi

Məlahət İbrahimqızı erməni deputatı ifşa etdi

Tarix:

25-11-2017, 22:52

/ 2 305 dəfə oxundu.
Məlahət İbrahimqızı erməni deputatı ifşa etdi

İtaliyanın paytaxtı Romada NATO Parlament Assambleyasının (PA) “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” mövzusunda konfransda Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti də iştirak edib.

Gunaz.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda çıxış edərək Norveçdəki NATO təlimində Türkiyəyə qarşı həqarəti pisləyib, təşkilat rəhbərinin Ankaradan üzr istəməsini təqdirəlayiq hesab edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı konfransda terrorizmlə bağlı müzakirələrə qatılaraq məruzəçinin təkcə İŞİD üzərində dayanmasının terrorla mübarizədə yetərli olmadığını, ASALA və digər erməni terrorçu təşkilatlarından olan terrorçuların PKK və İŞİD kimi təşkilatların tərkibində fəaliyyətini xatırladıb. Deputat deyib ki, Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfindən həm işğala, həm də terror aktlarına məruz qalıb. Bu terror aktlarını Ermənistan kəşfiyyatının törətdiyi hamıya məlumdur.

Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə, beynəlxalq sənədlərdə bunun əks olunmasına baxmayaraq, Ermənistan bu gün də təcavüzkar siyasətini davam etdirir, terror aktlarına dəstək verir. Təəssüf ki, Azərbaycanın terrordan əziyyət çəkməsinə hələ də göz yumulur.

Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşulan ilk ölkələrdəndir və terrorun bütün növlərini qətiyyətlə pisləyir. Deputat sessiyanın moderatoruna regionda terror təhdidi ilə bağlı danışarkən yalnız İŞİD-in üzərində dayanması ilə kifayətlənməyinə etirazını bildirib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçu qruplaşmaların bir çoxunun adını elan etdiyi hesabatını xatırladan M.İbrahimqızı deyib: “İŞİD-in timsalında radikalizmdən, terrorizmdən danışmaq azdır. Əgər biz bu problemdən danışırıqsa, məsələyə geniş mənada yanaşmalıyıq. Çünki bildiyiniz kimi, digər terror təşkilatları da regionun təhlükəsizliyi üçün böyük təhdiddir. Terror təhdidinin son illər nəinki bizim regionda, hətta Avropanın özündə də intensivləşdiyini nəzərə alsaq, biz bu məsələyə ciddi yanaşmalıyıq. Xüsusilə bu NATO PA səviyyəsində nəzərdən qaçırılmamalıdır”.

Deputat Ermənistanın regionda dəstəklədiyi terrorçuların və bununla bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinin diqqətdə saxlanılmasının vacibliyini bildirib. Azərbaycan tərəfinin təklifindən sonra bir neçə nümayəndə bu cür təşkilatların fəaliyyəti ilə bağlı araşdırmanın və məlumatların paylaşılmasının vacibliyini vurğulayaraq, terror təhdidinə kompleksi yanaşmanın vacibliyini qeyd edib.

Bundan narahat olan Ermənistan nümayəndə heyətinin üzvü, deputat Karyun Nahapetyan Azərbaycan nümayəndəsinin çıxışına reaksiya vermək istəsə də, ona söz verilməyib. Lakin erməni deputat təxribat törətməyə, tədbiri pozmağa çalışıb.

Moderator erməni deputata xəbərdarlıq edib.

Yenidən söz alan M.İbrahimqızı erməni deputatın təxribatına cavab olaraq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sənədini bir daha nümayiş etdirərək rəsmi statistikaya istinadən məsələ qaldırdığını xatırladıb. O müzakirəni səs-küylə pozmağa çalışan erməni deputata deyib: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatını bəlkə də siz rədd edə bilərsiniz. Siz onsuz da hər şeyə əl ata bilirsiniz. Amma bu, rəsmi sənəddir. Siz hələ də bilmirsiniz ki, təmsil etdiyiniz dövlət neçə beynəlxalq sənədin tələbini pozaraq qonşu ölkənin torpağını işğal altında saxlayır. Mən Ermənistanın terrorçuluğu dəstəklədiyini sübut edən bu sənədləri sənə verirəm oxuyub görəsən ki, sənin ölkən dünya tərəfindən işğalçı kimi tanınır”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ