SON DƏQİQƏ

Dünyanın gözü bu görüşdə - BAŞLADI

Tarix:

22-11-2017, 19:36

/ 1 320 dəfə oxundu.
Dünyanın gözü bu görüşdə - BAŞLADI

Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentləri – Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin iştirakı ilə Suriya mövzusu üzrə üçtərərəfli sammit başlanıb.

Gunaz.az xəbər verir ki, bu haqda SİTA agentliyi bildirib.

Sammiti açan Putin Rusiya, İran və Türkiyənin səyləri nəticəsindən Suriyanın dağılmaqdan xilas olduğunu deyib.

“Suriyada terrorçuluğa qarşı genişmiqyaslı döyüş əməliyyatları başa çatır. Qeyd etmək lazımdır ki, Rusiya, İran və Türkiyənin səylərinin sayəsində Suriyanın dağılması və onun beynəlxalq terrorçular tərəfindən tutulmasının qarşısını almaq mümkün olub”, - Rusiyanın dövlət başçısı vurğulayıb.

Putin Astana prosesində Türkiyə və İran prezidentlərinin xüsusi rolunu qeyd edib və bildirib ki, onların iştirakı olmadan Suriyada siyasi tənzimləmə prosesinə başlamaq mümkün deyildi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ