SON DƏQİQƏ

İlham Əliyev Jeenbekovu təbrik etdi

Tarix:

16-10-2017, 23:01

/ 1 338 dəfə oxundu.
İlham Əliyev Jeenbekovu təbrik etdi

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sooronbay Jeenbekova təbrik məktubu göndərib.

Gunaz.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ