SON DƏQİQƏ

Ukrayna XİN başçısı Bakıya gəldi

Tarix:

2-10-2017, 17:52

/ 975 dəfə oxundu.
Ukrayna XİN başçısı Bakıya gəldi

Ukraynanın xarici işlər naziri (XİN) Pavel Klimkin Azərbaycana rəsmi səfərə gəlib.

Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki günlük səfər zamanı Ukrayna XİN başçısı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq, ölkə rəhbərliyi, eləcə də Ukrayna icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

Səfərin məqsədi dövlət başçıları səviyyəsində tədbirlərin hazırlanması və Azərbaycan-Ukrayna əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etməkdir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər