SON DƏQİQƏ
» » Prezident Çin Xalq Respublikasının sədrini təbrik etdi

Prezident Çin Xalq Respublikasının sədrini təbrik etdi

Tarix:

30-09-2017, 17:54

/ 950 dəfə oxundu.
Prezident Çin Xalq Respublikasının sədrini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpini təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasındakı siyasi təmasların yüksək səviyyəsi, iqtisadi sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız, daim genişlənən humanitar, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərimizin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi birləşdirən dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm".

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ