SON DƏQİQƏ
» » Rusiyanın nüvə raketi Azərbaycanın "üstündən" uçub

Rusiyanın nüvə raketi Azərbaycanın "üstündən" uçub

Tarix:

27-09-2017, 18:11

/ 1 209 dəfə oxundu.
Rusiyanın nüvə raketi Azərbaycanın "üstündən" uçub

Ötən gün Rusiya özünün “Topol-M” qitələrarası ballistik raketini sınaqdan keçirib.

 

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə “eksperimental başlıqla” təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poliqonundan buraxılıb. Raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə raket sınağı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınağının videogörüntüsünü də yayıb.

 

Raketin uçuşu başlayandan sonra Rusiyanın cənub regionlarının sakinləri səmada “naməlum uçan obyekt” göründüyü haqda sosial şəbəkələrdə bir-birlərini xəbərdar ediblər. Raket Azərbaycan və Ermənistanın da "üzərindən" keçib. Nəticədə bəzi sakinlər ballistik raketi uçan naməlum obyekt zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytlardan birinə danışıb ki, o, ötən gün axşam səmada naməlum obyekt görüb. Sakin obyektin səmada işıq saça-saça uçduğunu, daha sonra yox olduğunu deyir.

 

Tatarıstanda da “Topol-M” raketinin uçuşunu izləyiblər və çoxları bunu UFO hesab edib. Həştərxan sakinləri raketin əsas hissəsindən ayrılaraq hədəfə şığıyan döyüş başlığını da görüblər və bunu “partlayan ulduz”, “kometa” zənn ediblər. Rostov sakinləri də səmada naməlum uçan obyekti görərək sosial şəbəkələrdə qızğın müzakirə ediblər.

 

“Elə indicə səmanın ortasında uçan naməlum obyekt göründü. Qətiyyən təyyarə deyildi, işıqları yanıb-sönmürdü, daha sonra obyekt spiral kimi fırlanmağa başladı və bir-iki saniyəyə yoxa çıxdı. Mən bunu görən tək adam deyildim, 4 yaşlı şəxs və 2 uşaq da eyni şeyi gördü. Biz hamımız ayıq idik”-Rostov sakinlərindən biri sosial şəbəkədə yazıb.

 

Xatırladaq ki, Rusiya sentyabrın əvvəllərində Plesetsk poliqonundan “eksperimental başlıqlı “Yars” ballistik raketini buraxıb. Raket Kamçatkadakı Kura poliqonunda təyin edilmiş hədəfi vurub.//Virtualaz.org

скачать dle 12.1

Şərhlər