SON DƏQİQƏ
» » Qarabağda savaş başlasa, Tiflis neytral qalmayacaq

Qarabağda savaş başlasa, Tiflis neytral qalmayacaq

Tarix:

24-05-2017, 08:11

/ 2 958 dəfə oxundu.
Qarabağda savaş başlasa, Tiflis neytral qalmayacaq

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin mütəmadi görüşləri hər 3 ölkənin xeyrinədir.
 Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan, Türkiyə və gürcüstanın müdafiə nazirlərinin ötən gün Tiflisdə keçirilən görüşünə nümasibətində qeyd edib. Politoloq bildirib ki, bu 3 ölkə strateji müttəfiqdirlər, regional inkişafda müstəsna rol oynayırlar:
"Bu ölkələri ümumi sərhədlərdən əlavə böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu da istifadəyə veriləcək. Demək, bu cür layihələrin həm də təhlükəsizlik məsələləri həll olunmalıdır. Bu baxımdan 3 ölkənin müdafiə sferasına cavabdeh olan şəxslərin müxtəlif layihələrin təhlükəsizlik məsələrini müzakirə etməsi vacibdir”.
Politoloq vurğulayıb ki, 3 ölkə arasında ortaq hərbi təlimlərin intensivləşdirməsinə də ehtiyac var, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı bölgədə Rusiya-Ermənistan hərbi ittifaqına qarşı sipər rolunu oynamalıdır:
"Dağlıq Qarabağ uğrunda müharibə başlasa, Gürcüstan Azərbaycanla Ermənistan arasında neytral qala bilməyəcək, seçim etmək məcburiyyətində qalacaq”.(Axar.az)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ