SON DƏQİQƏ

Oqtay Əsədov Türkiyəyə gedir

Tarix:

20-05-2017, 13:45

/ 2 941 dəfə oxundu.
Oqtay Əsədov Türkiyəyə gedir

Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

GUNAZ.az


 

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ