SON DƏQİQƏ

İlham Əliyev: Həmrəyliyə ehtiyac var - Foto

Tarix:

19-05-2017, 20:59

/ 2 888 dəfə oxundu.
İlham Əliyev: Həmrəyliyə ehtiyac var - Foto

Mərakeşin "Əl-İslah və ət-Tənmiyə” qəzetinin 19 may tarixli nömrəsində IV İslam Həmrəyliyi Oyunları ilə bağlı məqalə dərc edilib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən bildiriblər ki, məqalədə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi barədə ətraflı məlumat verilir. Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin və digər rəsmilərin iştirak etdikləri bildirilir. Yazıda üç mindən çox idmançının, mindən artıq komanda rəsmilərinin və minə yaxın texniki nümayəndənin Oyunlarda iştirak etdiyi qeyd olunur.
Müəllif, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi jurnalında dərc olunmuş "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsindən fikirlərə yer verir: "Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

GUNAZ.az

İlham Əliyev: Həmrəyliyə ehtiyac var - Foto

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ