SON DƏQİQƏ
» » Aleksey Yerhov Rusiyanın Ankaradakı Səfiri təyin edildi

Aleksey Yerhov Rusiyanın Ankaradakı Səfiri təyin edildi

Tarix:

19-05-2017, 15:06

/ 693 dəfə oxundu.
Aleksey Yerhov Rusiyanın Ankaradakı Səfiri təyin edildi


Aleksey Yerhov, 2015-ci ildə Suriya böhranının həlli üçün keçirilən Moskva danışıqlarında fəal rol almış, Suriya müxalifətinin nümayəndələri ilə bir sıra görüş keçirmişdi.
 Yerhov, silahlı hücuma məruz qalaraq həyatını itirən keçmiş Rusiyanın Ankaradakı Səfiri Andrey Karlovun yerinə gətirilib.
 2013-ci ilin İyul ayından etibarən Türkiyədə akkreditə olunmuş Səfir Andrey Karlov, 19 Dekabr 2016-da Ankarada Çağdaş Sənətlər Mərkəzində iştirak etdiyi bir sərgidə silahlı hücuma məruz qalaraq həyatını itirmişdi.
 Karlova sui-qəsd təşkil edən şəxs isə Mövlud Mərd Altıntaş adında Ankarada akkreditə olunmuş bir çevik  polisi idi. Sui-qəsdçi cinayətin sonra Əl-qaidəyə məxsus olduğu müəəyyən olunmuşdu. Xüsusi Təyinatlı polislərinin keçirdiyi əməliyyatla təcavüzkar da sərgi salonunda öldürülmüşdü. Karlovun ölümünə dair FETÖ şübhəsi dilə gətirilmiş və Rusiyadan gələn xüsusi bir dəstə də Türk araşdırmaçıları ilə birlikdə araşdırmada iştirak etmişdilər.
 Xatırladaq ki, dekabr 2016-dan bəri Rusiyanın Türkiyədə səfiri yox idi.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ