SON DƏQİQƏ
» » Rusiyadan Ərdoğan-Tramp görüşünə reaksiya...

Rusiyadan Ərdoğan-Tramp görüşünə reaksiya...

Tarix:

19-05-2017, 09:02

/ 2 900 dəfə oxundu.
Rusiyadan Ərdoğan-Tramp görüşünə reaksiya...

Ərdoğanın ABŞ səfərinin əslində problemləri olduğu kimi göstərməsi, ancaq mahiyyətcə çox şeyi həll etməməsi ilə bağlı yanaşmalar real yox, pessimist yanaşmalardır.
Bu sözləri Axar.az-a Türkiyə prezidentinin ABŞ səfərinə Rusiyadan reaksiyaları şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Tramp-Ərdoğan görüşünün mürəkkəb keçəcəyi əvvəlcədən bəlli idi:
"Çünki hazırda bir neçə məsələ var ki, ABŞ və Türkiyə münasibətlərinin inkişafına əngəl törədir. Əlbəttə ki, danışıqlarda problemlər öz əksini tapıb. Rusiyalı ekspert və siyasilər qeyd edirlər ki, iki ölkə arasında təkbətək görüş cəmi 20 dəqiq olub və demək, bu müddət ərzində daha çox problemsiz məsələlər müzakirə olunub. Yəni əgər problemli məsələlər müzakirə olunsaydı, danışıqlar bəlkə də 1 saatı aşardı. Bu isə düşünməyə əsas verir ki, doğurdan da əsas problemli məsələlər müzakirə edilməyib”.
Politoloq vurğulayıb ki, Ərdoğanın səfərindən əvvəl Türkiyə nümayəndə heyətinin - Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Qalının ABŞ-a getməsi və Trampın komandası ilə görüşləri unudulmamalıdır:
"Yəni Türkiyənin qaldırdığı məsələlər əslində müxtəlif səviyyələrdə müzakirələrdən keçmişdi və prezidentlərin bunu təkrar geniş şəkildə təkbətək danışmasına ehtiyac yox idi.
Hesab edirəm ki, Türkiyə prezidenti tərəfindən konkret mesajlar verilib. Bunların arasında ən əsası da budur: Vaşinqton Ankara ilə münasibətləri inkişaf etdirmək istəyirsə, PYD-yə dəstəkdən əl çəkməli və Fətullah Güləni Türkiyəyə təhvil verməlidir. Zənnimcə, Rusiya kürd məsələsində eyni problemlərin Moskva ilə o dərəcədə ciddi yaşanmadığına diqqət çəkmək istəyir. Yəni Moskva PYD-yə qeyri-rəsmi dəstək versə də, bunu heç vaxt rəsmi surətdə açıqlamayıb və Türkiyənin daxili işinə qarışmayıb”.
İ.Vəlizadə Ərdoğanın ABŞ səfərinin Ankara-Moskva əlaqələrinə təsirinə də toxunub:
"Rusiyada Tramp-Ərdoğan görüşünə dair aparılan paralellərin təhlili onu onu deməyə əsas verir ki, Ankara-Moskva münasibətləri Türkiyə prezidentinin ABŞ-a səfərinin yekunlarından heç bir zərər görməyəcək”.
Politoloq Türkiyə və ABŞ prezidentlərinin bir araya gəlməsini çox müsbət hadisə kimi qeyd edib:
"Bu səfər rəsmən Türkiyə-ABŞ dialoquna start verdi. Düzdür, bu dialoq mürəkkəb şəkildə davam edə bilər, ancaq Obama dönəmindən sonra bu, çox müsbət bir naliyyətdir”.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan mayın 16-da Vaşinqtonda səfər edib.
Türkiyə prezidentinin ABŞ-a səfəri Rusiyada rəsmilərin və politoloqların müzakirəsinə çevrilib. Bir çox rusiyalı ekspert və siyasilər görüşün qısa çəkməsini türklər üçün əsas məsələlərin açıq müzakirəyə çıxarılmaması ilə əlaqələndiriblər.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ