SON DƏQİQƏ
» » PA rəsmisi Rusiyanın Azərbaycana qarşı atdığı addımı ŞƏRH ETDİ

PA rəsmisi Rusiyanın Azərbaycana qarşı atdığı addımı ŞƏRH ETDİ

Tarix:

17-05-2017, 23:24

/ 2 941 dəfə oxundu.
PA rəsmisi Rusiyanın Azərbaycana qarşı atdığı addımı ŞƏRH ETDİ

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektorunun müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə qərara münasibət bildirib.
Q.Əliyev Publika.az-a açıqlamasında sözügedən qərarın ədalətsiz və qərəzli olduğunu söyləyib.
PA rəsmisi deyib ki, Ümumrusiya Azərbaycan Konqresi ulu öndər Heydər Əliyevin xeyr-duası ilə yaradılan və Rusiyadakı azərbaycanlıların təşkilatlanmasına xidmət edən qurumdur:
"Rusiyada bu təşkilatın bağlanılması istiqamətində atılan addımlar Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil. Çünki Azərbaycan Rusiya ilə yaxın qonşu və strateji müttəfiq olan dövlətdir. Rusiyanın dövlət başçıları Azərbaycanın etibarlı qonşu və tərəfdaş dövlət olmasını dəfələrlə dilə gətiriblər. Azərbaycan bütün ölkələrlə olduğu kimi, Rusiya ilə də bərabərhüquqlu və müstəqil qonşuluq siyasət aparır. Eyni zamanda Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Ona görə də Rusiya böyük dövlət kimi öz tərəfsizliyini nümayiş etdirməlidir. Çox təəssüf ki, biz bunu görmürük”.
Q.Əliyev qeyd edib ki, Rusiya məhkəməsinin bu qərarı başadüşülən addım deyil:
"Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub. Azərbaycan həmişə Rusiya ilə münasibətlərə bütün beynəlxalq tribunalarda üstünlük verib, dəstəkləyib. Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar münasibətlərə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ