SON DƏQİQƏ

Moskva görüşünün nəticəsi: Müharibə

Tarix:

29-04-2017, 08:46

/ 4 166 dəfə oxundu.
Moskva görüşünün nəticəsi: Müharibə

Bu gün Moskvada Rusiyanın təşəbüsü ilə keçirilən Azərbaycan və Ermənistan XİN başçılarının nəticəsiz görüşü bir daha müharibə ehtimalını gündəmdə saxladı.
Bu sözləri  Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, Moskva görüşü Rusiyanın növbəti diplomatik avantürası olmaqla yanaşı, imitasiya xarakter daşıyır:
"Azərbaycan Moskvanın atəşkəs rejiminin qorunması çağrışlarına birmənalı şəkildə şərt qoymalıdır. Çünki 20 ildən artıqdır ki, diplomatik fəaliyyət uğursuz olub və bir rayon da geri qaytarılmayıb. Azərbaycan bundan sonra da Kremlin təşkil etdiyi bu kimi danışıqlardan ciddi nəticələr gözləməməlidir. Rusiya atəşkəsi qorumaqla regionda öz təsirini saxlayır. Hazırda Ermənistan heç bir güzəştə hazır deyil. Cəbhə xəttində üçüncü müdafiə xəttini qurmaqla, güclü şəkildə mühəndis istehkam işləri aparırlar. Bu, vəziyyəti daha da mürəkkəbləşdirir”.
Politoloq Qarabağ münaqişəsinin artıq çox çətin bir mərhələdə olduğunu qeyd edib:
"Hazırda məsələ üzrə diplomatik danışıqlar yolu tükənib. Çünki Ermənistan substantiv danışıqlarda maraqlı deyil. Rusiya isə Ermənistanı əvvəlkindən də çox müdafiə edir. İslam Oyunlarından sonra Qarabağ probleminin həllində növbəti mərhələ gözlənilir. Hesab edirəm ki, Moskva görüşünün nəticəsiz sonlanması Ermənistanın Qarabağın statusunun ərazilərin boşaldılması ilə eyni mərhələdə həll olunması şərtini irəli sürməsi ilə bağlıdır. Görünür, Rusiya da Ermənistanın bu şərtini dəstəkləyir”.
Qeyd edək ki, Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü başa çatıb. Tərəflər Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmların icrasının vacibliyini vurğulayıblar.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ