SON DƏQİQƏ

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Tarix:

25-04-2017, 16:02

/ 3 694 dəfə oxundu.
Azərbaycan Yəmənə humanitar yardım göstərib

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardım göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.
İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-ci ili "İslam Həmrəyliyi ili” elan edən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardım göstərildiyi qeyd olunub.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ