SON DƏQİQƏ

Milli Məclisin gündəliyi dəyişdi

Tarix:

25-04-2017, 12:24

/ 3 761 dəfə oxundu.
Milli Məclisin gündəliyi dəyişdi

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
12:00
İclasın gündəliyinə Əmək, İnzibati Xətalar, Miqrasiya, Mənzil, Mülki, Vergi və Gömrük Məcəllələrinə, o cümlədən "Dövlət qulluğu haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında", "Dərman vasitələri haqqında" qanunlara əlavə və dəyişikliklər olmaqla, 36 məsələ daxildir.
***
Milli Məclisin gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirədən çıxarılıb.
Bu barədə Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib.
Spiker bildirib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri götürüb.
Daha sonra spiker təklif edib ki, gündəlikdən çıxarılan layihənin yerinə Əziz Seyidovun Ali Məhkəməyə hakim təyin edilməsi məsələsi salınsın.
Deputatlar gündəliyi təsdiq ediblər.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ