SON DƏQİQƏ
» » Natiq Əliyev prezidentin tapşırığı ilə ABŞ-a gedir

Natiq Əliyev prezidentin tapşırığı ilə ABŞ-a gedir

Tarix:

24-04-2017, 16:38

/ 2 989 dəfə oxundu.
Natiq Əliyev prezidentin tapşırığı ilə ABŞ-a gedir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar Konfransı"na Azərbaycanın nümayəndə heyəti də qatılacaq.
Energetika Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətinə Energetika naziri Natiq Əliyev rəhbərlik edəcək.
120 ölkəni təmsil edən 2400-ə qədər iştirakçının qatılacağı tədbir dəniz ehtiyatları və ətraf mühit məsələləri üzrə elmi-texniki biliklərini təkmilləşdirmək məqsədilə enerji mütəxəssislərinin fikir mübadiləsi apardıqları mühüm bir platforma, neft-qaz sənayesi üçün qlobal əhəmiyyətə malik konfrans kimi qiymətləndirilir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ