SON DƏQİQƏ
» » İTV-nin Yayım Şurasının yeni sədri - Danışdı

İTV-nin Yayım Şurasının yeni sədri - Danışdı

Tarix:

18-04-2017, 18:12

/ 5 206 dəfə oxundu.
İTV-nin Yayım Şurasının yeni sədri - Danışdı

İctimai Televiziya və Radio Yayım Şurasının sədri vəzifəsinə İmanov Muxtar Kazım oğlu seçilib.
Bu barədə Muxtar İmanovun özü məlumat verib. Onun sözlərinə görə, Yayım Şurasının bu gün keçirilən iclasında yekdil səsvermə ilə Şura üzvləri tərəfindən sədr seçilib.
Muxtar İmanov qısaca sədr kimi fəaliyyət planları barədə də danışıb. Onun sözlərinə görə, Yayım Şurası İctimai Televiziyanın fəaliyyətinə nəzarət edən qurumdur: "Proqramların konsepsiyasının hazırlanması, kadr, büdcə və digər məsələlərə nəzarət qanunvericiliyin tələblərinə uyğun olaraq Yayım Şurası nəzarət edir. İctimai Televiziyanın Yayım Şurasının 12 illik təcrübəsi var. Şuraya bu müddətdə Cahangir Məmmədli kimi son dərəcə təcrübəli, savadlı kadr rəhbərlik edib. Yayım Şurasının bundan sonrakı fəaliyyətində də həmin təcrübədən istifadə ediləcək. Əlbəttə, çatışmazlıqlar olacaqsa, onları da müzakirə edib, İctimai Televiziyanın daha səmərəli fəaliyyətinə dəstək olmağa çalışacağıq”.
Muxtar İmanov Yayım Şurasına üzv kimi 6 illik səlahiyyət müddətinin bu il martın 15-də başa çatmasına aydınlıq gətirib: "Mənim üzvlüyümün vaxtı bitmişdi, amma Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) təzədən mənim namizədliyimi yeni müddətə irəli sürdü və parlament təsdiq elədi, bugünkü iclasda Yayım Şurasının üzvü kimi iştirak edirdim. Üzv olmasaydım, sədr seçilə bilməzdim ki”.
Yadigar Məmmədli ilə Azər Həsrətin ona rəqib olduğu barədə deyilənlərə gəlincə, Muxtar İmanov qeyd edib ki, bu iki şəxs Mətbuat Şurasından Yayım Şurasına üzvləri kimi namizəd irəli sürülmüşdü: "Parlamentdə bu iki şəxsdən Azər Həsrət təsdiqləndi. Mənim Yayım Şurasına sədr kimi namizədliyimi də Azər Həsrət irəli sürdü. Mən Cahangir Məmmədlinin yerində fəaliyyətimi davam etdirəcəyəm”.

 

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər