SON DƏQİQƏ
» » Bahar Muradova Türkiyədəki referendumdan DANIŞDI

Bahar Muradova Türkiyədəki referendumdan DANIŞDI

Tarix:

18-04-2017, 12:03

/ 3 817 dəfə oxundu.
Bahar Muradova Türkiyədəki referendumdan DANIŞDI

Türkiyə vətəndaşlarını ümumxalq səsverməsi və referendumun nəticələri münasibətilə təbrik etmək lazımdır.
 Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə deyib.
B.Muradovanın sözlərinə görə, həqiqət bundan ibarətdir ki, Türkiyədə bütün qərarlar xalqın əksəriyyətinin iştirakı ilə qəbul edilir və xalqın gələcəyə yönəlmiş hədəflərinə xidmət edir:
"Düşünürəm ki, əldə olunmuş nəticə türkiyəli seçicilərin - vətəndaşların qərarıdır və bu da nəzərə alınmalıdır. Həmin müddətdə həm daxildə, həm də xaricdə Türkiyə vətəndaşlarının çox qızğın müzakirələrinin şahidi olduq. Nəticə ortadadır: referendum yüksək səviyyədə, bütün demokratik standartlara uyğun şəkildə keçirildi. Əminəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bütün qərarlarda xalqın dəstəyini alan Ədalət və İnkişaf Partiyası bundan sonra da xalqa vəd etdiyini yerinə yetirəcək, həmçinin xarici tərəfdaşları və müttəfiqlərinə münasibətdə Türkiyənin əsas maraqlarını rəhbər tutaraq, referendumun nəticələrinin verdiyi üstünlüklərdən yararlanacaq"

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ