SON DƏQİQƏ
» » Bu gənc kadr I vitse-prezidentin köməkçisi təyin edildi

Bu gənc kadr I vitse-prezidentin köməkçisi təyin edildi

Tarix:

18-04-2017, 07:19

/ 4 149 dəfə oxundu.
Bu gənc kadr I vitse-prezidentin köməkçisi təyin edildi

Heydər Əliyev Fondunun icraçı-direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub.
 Bu barədə politoloq Elxan Şahinoğlu məlumat yayıb. Politoloq bu təyinatı uğurlu adlandırıb.
"Anar Ələkbərovun yeni vəzifəyə təyinatını müsbət qiymətləndirirəm. Anar Ələkbərov uzun illərdir Heydər Əliyev Fondunda işləyir və bildiyim qədər üzərinə düşən vəzifəni keyfiyyətlə yerinə yetirir, işində hər kiçik detala da diqqət yetirir. Bir sözlə, yaxşı menecerdir. İdarəetmə sisteminə də məhz yaxşı menecerlər lazımdır ki, islahatlar sürətlənsin, mövcud problemlər qısa zamanda həll olunsun”, - politoloq qeyd edib.(Axar.az)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər