SON DƏQİQƏ

Ərdoğan: "Xalq nə desə, o da olacaq”

Tarix:

17-04-2017, 22:40

/ 5 183 dəfə oxundu.
Ərdoğan:  "Xalq nə desə, o da olacaq”

Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər.
Bunu Ankarada çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"54 ildir ki bizi Avropa İttifaqının qapıları arxasında gözlədirlər. Amma indi biz oturub danışacağıq və lazım gəlsə bu məsələ ilə bağlı ümumxalq səsvermə  keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk edir. Norveç də Avropa İttifaqının kənarındadır. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”, deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq: "Terrorçu təşkilatları dəstəkləmək olmaz, Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”, deyə Türkiyə prezidenti qeyd edib.
Suriyada keçirilmiş "Fərat qalxanı” əməliyyatına toxunan Ərdoğan deyib: "Türkiyə terrorçulardan qurtulmaq üçün istənilən əməliyyatı keçirməyə hazırdır. Yaxın gələcəkdə bu istiqamətdə görülən işlər gücləndiriləcək”.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ