SON DƏQİQƏ

“Ədaləti gözləməliyik”

Tarix:

7-04-2017, 19:27

/ 4 026 dəfə oxundu.
“Ədaləti gözləməliyik”

Qüdrət Həsənquliyev: "Cibgirlə dövlətin əmlakını oğurlayanın cinayət əməli arasında heç bir fərq yoxdur”
"Maliyyə Bazarlarına Nəzarət Palatasına bu qədər səlahiyyət verilməsini anlaya bilmirəm”
"Məsuliyyət daşıyan şəxsləri istintaq orqanı müəyyənləşdirəcək. Aydınlaşdırcaq ki, bu bir nəfərdir, yaxud burada ayrıca cinayətkar qruplaşma var. Hər halda satın alan şəxs və ya şəxslər məsuliyyət daşıyacaq. Mən buna aydınlıq gətirmək istədim. Amma mənim özümü narahat edən bir məsələ var”. 
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında "Dövlət satınalmaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. 
Millət vəkili "əslində bu normanın daxil edilməsini alqışlayıram”, - deyə vurğulayıb: "Cənab Prezident tərəfindən də dəfələrlə vurğulanıb ki, büdcə vəsaitlərinə kifayət qədər qənaət olunmalı, qorunmalı, mənimsəmə hallarının qarşısı alınmalıdır, korrupsiyaya qarşı mübairzə gücləndirilməlidir. Amma burada cəza tətbiqi ilə bağlı məsələ, yəni normanın sanksiyası ciddi suallar doğurur. Burada qeyd olunur ki, satınalma zamanı qanunvericilik pozulursa və bunun nəticəsində dövlətə 50 min manatdan çox ziyan vurulduqda bu, cinayət məsuliyyəti yaradır. Təbii ki, bu da oğurluğun bir formasıdır. Söhbət dövlət vəsaitinin mənimsənilməsindən gedir. Burada yalnız cinayətin subyektində fərq var”. 
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, oğurluq edən şəxs vətəndaşın və ya dövlətin əmlakını qanunsuz yolla ələ keçirir: "Burada da satınalmalar zamanı tender keçirmədən, kiminləsə cinayət əlaqəsinə girməklə dövlət əmlakı mənimsənilir. Yəni bir manatlıq iş 5 manata gördürülür, yaxud 1 manat dəyəri olan əmlak 5 manata alınır. Bu da oğurluğun başqa bir formasıdır. Amma subyekt vəzifəli şəxsdir. Vəzifəli şəxs qulluq mövqeyindən sui istifadə etmək yolu ilə bunu edir. Məsələn, biri avtobusda kiminsə cibinə girir, o biri də rəsmi sənədlərdə yuxarı qiymət yazmaqla, qanunu pozmaqla dövlətin əmlakını oğurlayır. Yəni bu cinayət əməlləri arasında heç bir fərq yoxdur. 
Məsələn biri su sayğacını oğurladı, onun misini satdı, yaxud digəri büdcə vəsaitini oğurladı, bunun da heç bir fərqi yoxdur. Bizdə oğurluğa görə cəza necə müəyənləşir? Cinayət Məcəlləsinin 177-ci maddənin birinci hissəsində cinayət məsuliyyətinin necə yarandığı göstərilir. Yəni şəxsin oğurladığı əmlakın 30 manatdan artıq dəyəri olduğu halda, bunun cəzası 2 ilə qədər azadlıqdan məhrumetmədir. Amma burada 50 min manata qədər vəsit oğurlayan üçün inzibati məsuliyyət yaradır, ümumiyyətlə cinayət məsuliyyəti yaratmır. 50 min manatdan 250 min manata qədər dövlətin pulunu oğurlayırsa 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Belə çıxır ki, biz vəzifəli şəxslər üçün oğurluq etdiyinə görə, başqa, adi vətəndaşlar üçün isə ayrı cəza nəzərdə tuturuq. 177- ci maddənin ikinci hissəsi külli miqdarda oğurluq etməklə bağlıdır. Söhbət 7 min manata qədər oğurluqdan gedir.
Cinayət Məcələsində 7 min manata görə 6 ildən 12 ilə qədər cəza nəzərdə tutulur. Amma oğurluq edən vəzifəli şəxssə, dövlətə 250 min manat ziyan vurana 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəza nəzərdə tutulur. Hətta bu normaların bəzi sanksiyalarında müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə məcburi qaydada əlavə cəza kimi nəzərdə tutulmur. Halbuki vəzifəli şəxs bu qədər ciddi cinayətə yol verirsə, ilk növbədə onun məcburi qaydada müəyyən müddətə vəzifə tutmaq hüquqndan məhrum edilməsi bu normada öz əksini tapmalıdır. Əlbəttə cəzanın ağırlığı cinayətkarlığa qarşı mübarizədə hər zaman effektli rol oynamır. Amma 2 normanı müqayisə etdim və hesab edirəm ki, burada biz ədaləti gözləməliyik”.
"Nəyə nail olmaq istəyirik?”
Millət vəkili həmçinin "Banklar haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı da fikirlərini bildirib. O, "biz çalışırıq ki, sahibkarlar, vətəndaşlar öz pullarını banklarda saxlasın, - deyə əlavə edib: "Mən Mülki Məcəllənin 967-ci maddəsi ilə bağlı danışmaq istəyirəm. Bu maddə bank sirləri ilə bağlıdır. Əvvəllər belə idi ki, bank sirləri müştərilər və onların nümayəndələrinə verilirdi. İndi biz qanuna dəyişiklik edirik ki, bu sirlər kənar auditorlar və Maliyyə bazarlarına Nəzarət Palatasına verilir. Mənim bankda pulum varsa bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? Niyə bu qurum vətəndaşların bank sirlərini bilməlidir? Əlbəttə, qanunvericiliklə bağlı, istintaq aparılan hallarda, məsələn, terrorizmin dəstəklənməsi və ya maliyyələşdirilməsi ilə bağlı ciddi şübhələr olarsa hüquq mühafizə orqanları bu məlumatları əldə edə bilər”. 
Qüdrət Həsənquliyev deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasına ümumi məlumatlar lazımdır ki, hansı bankda vətəndaşların nə qədər əmanəti var: "Amma konkret kimin bankda nə qədər maliyyəsinin Maliyyə Bazarına Nəzarət Palatasının bə aidiyyəti var? Mən konkret bu suala cavab istəyirəm. Mən Qüdrət Həsənquliyevin banklarda nə qədər maliyyəsinin olmasının bu quruma nə aidiyyəti ola bilər?”. 
Qüdrət Həsənquliyev əlavə edib ki, bank sirrlərinə daxil olan şəxslərin siyahısını genişləndirməklə vətəndaşların banklarda maliyyə saxlamasını təmin edə bilməyəcəyik: "Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki, bank sirrləri daha etibarlı qorunur. Ya da heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq. Bir tərəfdən hökumət, cənab prezident müraciət edib ki, pullarınızı Azərbaycan banklarında saxlayın. Məncə, indi bu cür addımlar ümumi işə xidmət etmir. Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Mən bu haqda geniş danışacağam. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyə nail olmaq istəyirik?”.
Millət vəkili əlavə edib ki, "Banklar haqqında” qanuna dəyişikliklə bağlı olaraq İnzibati Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişikliklər birbaşa konstitutsion normalarının pozulmasıdır. 
Onun sözlərinə görə, İnszibati Prosesual Məcəllədə 131-2 maddəsi birbaşa vətəndaşın konstitutsdion hüququnun pozulması deməkdir: "Ona görə də təklif edirəm ki. bu maddə qanun layihəsindən çıxarılmaldır”. Millət vəkili deyib ki, burada yetərincə vətəndaşların konstitutsion hüquqlarının pozulması ilə bağlı məsələlər var: "Vətəndaşın konstitusiya hüquq normalarının bu qədər pozulması yolverilməz haldır. Düzdür, Milli Məclisdə vətəndaşların konstitutsion normaların pozulması halları əvvəllər də olub. Ancaq bu səviyyədə olmayıb. Biz bir yandan bank sektorunun inkişafından danışırıq, digər tərəfdən isə konstitutsion hüquqları pozuruq. Belə olmaz axı. Bu yolla bank sektorunu inkişaf etdirə bilmərik. Siz təsəvvür edin mənə bank açmaq üçün pul verilir və mən konstitusion normaların pozulduğu bir ölkəyə sərmayə yatıra bilərəmmi, qətiyyən yox. Mən bunu etmərəm”. 
Millət vəkili eyni zamanda Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən səlahiyyətlərə də etiraz edərək deyib ki, mən MBNP-yə bu qədər səlahiyyət verilməsini isə anlaya bilmirəm. "Odur ki, bu məsələlər aydınlıq gətirlməli və ilk olaraq 131-2 maddəsi qanun layihəsindən çıxarılmalıdır”- deyə, o, bildirib. 

Əli Zülfüqaroğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ