SON DƏQİQƏ

Merkeli Ankaraya gətirən səbəb

Tarix:

3-02-2017, 00:37

/ 4 859 dəfə oxundu.
Merkeli Ankaraya gətirən səbəb

Aleksandra Noy: "Miqrantlarla bağlı razılaşmanın uğursuzluğu alman siyasəti üçün faciəvi sonluqla yekunlaşa bilər”

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Ankaraya gəlir. Xatırladaq ki, iki ölkə arasında gərginlik son aylarda daha da mürəkkəb vəziyyət almaqdadır. İki ölkə arasında narazılığa səbəb təkcə qaçqınlar haqqında razılaşma deyil. Türkiyədəki uğursuz dövlət çevrilişinə cəhd edən hərbçilərə Almaniyanın sığınacaq verməsi ciddi narazılıq yaradıb. Bu baxımdan Ərdoğanla görüşün nəticələri Merkel üçün vacibdir. Nəzərə almaq lazımdır ki, Almaniya seçkilər ərəfəsindədir. Yenidən namizəd olacaq Merkel üçün miqrantlarla bağlı Türkiyə ilə razılaşma xüsusi önəm kəsb edir. Rəsmi mənbələrə istinad edən "İzvestiya” qəzetinin məlumatına görə, Ankara görüşündə Yaxın Şərqdə terrorla mübarizə, iqtisadi əməkdaşlıq, eləcə də Suriya böhranının həllində Rusiya ilə əməkdaşlıq perspektivlər barədə danışıqlar aparılacaq. Almaniyanın kanslerinin səfərində əsas yeri miqrantlarla bağlı razılaşma tutacaq. Ötən ilin martında tərəfələr Almaniyaya qanunsuz gedən miqrantın Türkiyəyə göndərilməsi, Avropa Birliyinin isə yalnız qanuni yollarla qaçqın qəbulu ilə bağlı razılığa gəlmişdilər. Bundan əlavə Brüssel Türkiyə vətəndaşlarının viza məhdudiyyətlərinin aradan qaldırılması və Ankaraya 3 milyard avro ödəmək barədə vəd vermişdi. Amma Brüssel vədinə əməl etmədi. Buna görə də Ankara sazişi pozmaq niyyətində olduğunu bəyan edib. Merkeli Ankaraya gətirən əsas səbəblərdən buiri də elə budur. Bundestaqın Müdafiə komitəsinin üzvü Aleksandra Noy hesab edir ki, miqrantlarla bağlı razılaşmanın uğursuzluğu alman siyasəti üçün faciəvi sonluqla yekunlaşa bilər: "Ərdoğan tez-tez qaçqınlarla bağlı razılaşmanın pozula biləcəyini deyir. Bu məsələnin Merkel üçün də prinsipial olduğu başa düşüləndir. Belə görünür ki, artıq güc tarazlığı dəyişib”. Politoloq Aleksandr Rar "İzvestiya” nəşrinə bildirib ki, hər terror hücumundan və ya Ərdoğanın yeni açıqlamalrından sonra xanım Merkelin reytinqi aşağı düşür: "Merkel Avropa İttifaqının təşkilat kimi yaşamasının qaçqın probleminin həllindən keçdiyini gözəl anlayır. Ankaranın qaçqın axını üçün öz qapılarını açıq qoyması Merkel və onun seçki kampaniyasına lazım deyil. Merkelin Ankara səfəri Ərdoğanı ölkəsinin strateji tərəfdaş olduğunu inandırmağa hesablanıb”. 
Ağasəf Babayevскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ