SON DƏQİQƏ

Prezident fərman imzaladı

Tarix:

2-02-2017, 20:55

/ 3 399 dəfə oxundu.
Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılması ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. 
Sənəd Azərbaycan Respublikasında mülki aviasiyada uçuşların təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədilə imzalanıb. 
Nazirlər Kabinetinə Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin yaradılmasını bir ay müddətində təmin etmək, "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunu Prezidentlə razılaşdırmaqla bir ay müddətində təsdiq etmək, "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etmək, Prezident aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. 
Müəyyən edilib ki, bu fərmana əsasən yaradılacaq publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Nazirlər Kabineti, 8.2.3–8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini isə Dövlət Mülki Aviasiya Administrasiyası həyata keçirir, publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.
Vergilər Nazirliyi "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməli, Dövlət Mülki Aviasiya Administrasiyası bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ