SON DƏQİQƏ

Lavrov PKK liderləri ilə Moskvada görüşür

Tarix:

26-01-2017, 21:36

/ 8 515 dəfə oxundu.
Lavrov PKK liderləri ilə Moskvada görüşür

Rusiya PYD-dən üç nəfərin Moskvaya göndərilməsini istəyir. 
Bunu "Sputnik” agentliyinə açıqlamasında PYD-nin Fransadakı nümayəndəsi Xalid İsa söyləyib. O, bu şəxslərin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini bildirib: 
"Rusiya Suriya böhranının həllində bizim düşüncələrimizi öyrənmək üçün 4 gün əvvəl PYD-ni Moskvaya dəvət etdi. PYD-dən Rusiyaya mən, Ənvər Müslim və Asya Abdullahın getməsi istənilir. Biz dəvəti qəbul etmişik. Lavrovla görüşümüz sabah saat 09:00-da olacaq”. 
Qeyd edək ki, PYD PKK terror təşkilatının Suriya qanadıdır. Terror təşkilatı kürdlərə Suriyada muxtariyyət verilməsinə çalışır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ