SON DƏQİQƏ
» » Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi

Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi

Tarix:

23-01-2017, 18:52

/ 4 045 dəfə oxundu.
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi

Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.
Gunaz.az-ın məlumatına görə, G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: "O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.
Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ