SON DƏQİQƏ
» » Azərbaycan İrana yardım təklif edib - SƏFİR AÇIQLADI

Azərbaycan İrana yardım təklif edib - SƏFİR AÇIQLADI

Tarix:

23-01-2017, 13:47

/ 3 612 dəfə oxundu.
Azərbaycan İrana yardım təklif edib - SƏFİR AÇIQLADI

"Azərbaycan Tehranda binada baş verən yanğınla əlaqədar İrana kömək təklif edib”.   
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.  
O bildirib ki, bununla əlaqədar Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ona yardım təklif edib: "Mən bu təklifi İran tərəfinə çatdırdım. Başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla, Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm ki, həm keçmiş prezident Rəfsəncaninin ölümü ilə bağlı səfirliyə gələrək başsağlığı verib, həm də Tehrandakı hadisə ilə əlaqədar başsağlığı verərək kömək təklif edib. Biz Azərbaycanın bundan sonra da daha çox inkişaf etməsini istəyirik. İranla Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək".(APA)
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ