SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"-22 Yanvar

Tarix:

22-01-2017, 10:32

/ 8 179 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"-22 Yanvar

Həzi Aslanov

1910-cu il. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun doğum günüdür (1910-1945). Lənkəranda anadan olan Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi igidliyə görə 3 Qırmızı Bayraq, 2-ci dərəcəli Suvorov, Aleksandr Nevski, 1-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri ilə təltif olunub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib.

***

Hacı İsmayılov

Xalq artisti, görkəmli aktyor Hacı İsmayılov 1944-cü ilin bu günü dünyaya gəlib. O, "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb. Teatrda çalışdığı illərdə o, "Xəyyam", "Mahnı dağlarda qaldı", "Xurşidbanu Natəvan", "Od gəlini" və başqa tamaşalarda oynayıb,«Ad günü», "Bəyin oğurlanması”, "Həm ziyarət, həm ticarət” filmlərində maraqlı obrazlar yaradıb. Hazırda aktyor Akademik Milli Dram Teatrında çalışır.

 
 



*** 


Bəhruz Kəngərli

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafika ustası Bəhruz Kəngərli 22 yanvar 1892-ci ildə anadan olub. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapan Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Kəngərlinin adı ilə bağlıdır. Rəssam 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş qaçqınların portretlərindən ibarət silsilə əsərlər də yaradıb. O  həm də milli teatr rəssamlığının banilərindəndir. 1910-cu illərdə Naxçıvan teatrında "Ölülər", "Hacı Qara, "Pəri-cadu"  tamaşalarına bədii tərtibat və geyim eskizləri verib.

 
 
 
 ***

Corc Qordon Bayron 

Məşhur ingilis romantik şairi Corc Qordon Bayron 22 yanvar 1788-ci ildə doğulub. Bayron «Çayld Haroldun səyahətləri», «Şərq poemaları», «Qabil», «Don Juan», «Manfred» və başqa dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlərin müəllifidir. O əsərlərində Şərq adətlərini özünəməxsus şəkildə canlandıra bilib. Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olub. 

 

 

 

 ***


Landau

XX yüzilliyin əfsanəvi fiziki, adı Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada çəkilən akademik Lev Davidoviç Landau 1908-ci il yanvar ayının 22-də Bakının Balaxanı qəsəbəsində dünyaya gəlib. Landau 1941-ci ildə ifrat axıcılığın ilk nəzə­riyyəsini yaradıb. İfrat keçiricilik haqqında sonrakı nəzəriyyələrin yaranmasında onun ideyalarından istifadə olunub. Landaunun bu kəşfi fizikada bir sıra yeni istiqamətlərdə tədqiqat işlərinin aparılmasına səbəb olub. O, elmin bir çox müxtəlif sahələrində dəyərli kəşflər edib. Alim 1962-ci ildə isə «İfrat axıcılığın nəzəriyyəsini verdiyinə görə» Nobel mükafatına layiq görülüb.


 
 
 
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ