SON DƏQİQƏ
» » Özbəkistanın xəbər agentliyi: “Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır”

Özbəkistanın xəbər agentliyi: “Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır”

Tarix:

12-01-2017, 14:54

/ 6 306 dəfə oxundu.
Özbəkistanın xəbər agentliyi: “Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır”

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Tnews xəbər agentliyi rus dilində "Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmalıdır” sərlövhəli məqalə yayıb.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilir, problemin sülh yolu ilə həlli məsələləri araşdırılır.

Yazıda Ukraynadakı Erməni Milli Konqresinin sədri Aşot Ovanesyanın münaqişənin həlli ilə bağlı fikirləri yer alıb. O deyib: "Bizim konqres belə hesab edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Biz Ermənistanın rəsmi şəxsləri ilə, deputatlarla görüşlərdə bunu dəfələrlə bəyan etmişik. Azərbaycan mənim Vətənimdir, mən Oğuz rayonunda doğulmuşam”.

Müəllif vurğulayır ki, erməni xalqı bu münaqişədən çox əziyyət çəkir, əgər müharibə başa çatsa, bundan ermənilər daha çox qazanacaqlar.

Oxucuların diqqətinə çatdırılır ki, Amerika Birləşmiş Ştatlarında yaşayan erməni yazıçı Anna Paytyan Xocalı faciəsini törədənləri ittiham edib, cinayətkarların cəzalandırılmasını istəyib. O, Ermənistan prezidentinə müraciətlə deyib: "Sizin hamınızı həbs etmək, normal cəmiyyətdən ayırmaq lazımdır”. Erməni tarixçi vurğulayıb ki, Serj Sarkisyana ölüm hökmü verilməlidir. Azərbaycanlı uşağı öldürən erməni uşağını da öldürər. Serj Sarkisyanın və Robert Köçəryanın günahları bağışlanmadan onlara ölüm hökmü kəsilməlidir.

Yazıda bildirilir ki, ötən ilin noyabrında Bakıda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı beynəlxalq konfrans keçirilib və tədbirdə Azərbaycan və Ermənistan prezidentlərinə müraciət qəbul edilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər