SON DƏQİQƏ
» » Ərinin terrorçu olduğu deyilən yerli müğənnidən AÇIQLAMA

Ərinin terrorçu olduğu deyilən yerli müğənnidən AÇIQLAMA

Tarix:

8-01-2017, 10:35

/ 5 062 dəfə oxundu.
Ərinin terrorçu olduğu deyilən yerli müğənnidən AÇIQLAMA

Azərbaycanlı xanım müğənni Damla keçmiş həyat yoldaşının terrorçu olduğu haqda yayılan xəbərlə bağlı açıqlama verib:
"Mən ərimdən 7-8 il bundan öncə ayrılmışam. Üstəlik, mənim yoldaşım terrorçu deyil. Ərim, bəli, həbsdədir. Amma onun həbs olunma səbəbi qətiyyən məscidin partladılmasıyla əlaqədar deyil. Onun həbs olunmasının məscidin partladılması ilə heç əlaqəsi yoxdur ha! Üstəlik, partlayış ərəfəsində biz ailəli olduğumuz üçün həyat yoldaşım mənim yanımda olub. Adına, soyadına kimi yazıblar. Mənim övladım var axı. O, açıb bu internet saytlarında həmin xəbəri görür axı. Yazıblar ki, qardaşım axtarışdadır. Bu da "ağ yalandır". Mənim qardaşım niyə axtarışdadır ki?! Qardaşım hal-hazırda Rusiyadadır. İşində-gücündə olan adamdır. (milli.az)
Qeyd edək ki, mətbuatda, Damlanın bu yaxınlarda boşandığı həyat yoldaşı Ceyhun Əliyev hazırda həbsdə olması barədə məlumat yayılıb.
C.Əliyev Əbu Bəkr məscidinin partladılmasında ittiham edilərək həbs olunan şəxslərdən biridir.
Qeyd edək ki, bir neçə il öncə törədilən terror hadisəsi zamanı iki nəfər həyatını itirmiş, doqquz nəfər yaralanmışdı.
O da bildirilir ki, Damla evli olduğu müddətdə ərinin istəyi ilə dini məzhəblərdən birinin qaydalarına əməl edirmiş.
Mənbə iddia edir ki, Damlanın qardaşı da sözügedən qruplaşmada olub və hazırda axtarışdadır.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ