SON DƏQİQƏ

Yaqub Zurufçudan xəbər var

Tarix:

11-09-2021, 11:04

/ 4 009 dəfə oxundu.
Yaqub Zurufçudan xəbər var

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Bunu sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: "Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ