SON DƏQİQƏ

Nisə Qasımova xərçəngə yoluxub?

Tarix:

16-09-2020, 13:48

/ 6 713 dəfə oxundu.
Nisə Qasımova xərçəngə yoluxub?

"Hər şey çox yaxşıdır, mən yeni mahnı üzərində çalışıram”.

Bunu açıqlamasında Xalq artisti Nisə Qasımova xərçəng xəstəliyinə tutulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

 

"İnanın, bu dəqiqə o qədər gərgin iş rejimindəyəm ki... Bilmirəm, mahnını yazdırım, onu aranjiman etdirim... Zəng edib deyirlər ki, "barənizdə nəsə eşitmişik”, "səhhətinizdən narahatıq”, "efirlərdə görünmürsüz”. Bir sözlə, hər şey yaxşıdır”, - deyə Nisə Qasımova bildirib.

Müğənni tezliklə onu sevənləri öz mahnıları ilə sevindirəcəyini vurğulayıb.

Qeyd edək ki, Xalq artistinin xərçəngə yoluxması ilə bağlı məlumatlar yayılmışdı.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ