SON DƏQİQƏ

Miri Yusifin konsertinin vaxtı dəyişdirildi

Tarix:

4-05-2020, 19:45

/ 2 174 dəfə oxundu.
Miri Yusifin konsertinin vaxtı dəyişdirildi

Əziz ruh əkizlərim, dünyanı saran koronavirus həyatımızın axışına mənfi müdaxiləsini davam etdirir. Bu müdaxilə bizi yaxın gələcəkdəki planlarımızı təxirə salmağa, vaxtını ertələməyə vadar edir. Mənim yaxın və ən böyük planımın 24 may "Crystal Hall” konserti olduğunu yaxşı bilirsiniz. Əminəm ki, siz də mənim kimi onu səbirsizliklə gözləyirsiniz. Ancaq bu gün hamımız səbrli olmalı, doğru addımlar atmalıyıq”.

Bu sözləri Xalq artisti Miri Yusif İnstaqramda yazıb. O bildirib ki, pandemiya səbəbilə mayın 24-nə planlaşdırılan konserti təxirə düşüb.

"Hər şeydən öncə minlərlə insanın təhlükəsizliyini nəzərə alaraq biz də komandamızla qərar verdik ki, konserti oktyabr ayının 18-ə keçirək. Çiçəklənən yazda olmasa da, qızılı payızda mütləq görüşəcəyik. Hələlik isə evdə qalaq, mən yeni mahnılar yazmağa davam edim, siz isə dəstəyinizi əskik etməyin. Bütün alınan biletlər tarixin dəyişməsindən asılı olmayaraq qüvvədə qalır

скачать dle 12.1

Şərhlər