SON DƏQİQƏ

Murad Dadaşovun qadağa qoyduğu müğənnilər DANIŞDI

Tarix:11-03-2020, 17:10 Oxunub:2 138

Murad Dadaşovun “Xəzər”in efirinin daimi qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərə qadağa qoyması ilə bağlı xəbərlər yayılıb.

Məlumatı axşam.az saytı yaysa da, mənbə göstərilməyib.

Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən sənətçilərlə əlaqə saxladıq. Damlanın prodüseri Əfruzə Ağayeva müğənniyə kanal tərəfindən heç bir xəbərdarlıq gəlmədiyini qeyd edib.

“Mənbə göstərilməyib, güman ki, əsassız xəbərlərdir. Bu barədə bizə heç bir məlumat daxil olmayıb” , - deyə o, sözlərinə əlavə edib.

Manaf Ağayev isə xəbəri çox təbii qarşıladığını etiraf edib: “Nə deyə bilərəm, Allah onun canını sağ etsin, kanalın rəhbəridir, Xalq artistidir. Hörmət etdiyim şəxsiyyətdir, nə deyərsə, o da olacaq. Demək ki, belə məsləhət olub. Yəqin ki, səbəb sonuncu verilişdə Mətanət xanımla Elza Seyidcahan arasında yaşanan qalmaqaldır. Lakin bu məsələdə özümü günahkar kimi görmürəm. Yəqin ki, efirə baxmısınız, mənə aid olan məsələ yoxdur. Heç bir inciklikdən söhbət gedə bilməz, 30 ildir kanaldayıq, bir az istirahət edərik, nə olacaq ki... Kanal rəhbəri qərar verdikdən sonra nə çarəyəm ki, etiraz edim. İlk dəfə sizdən eşitdim, düzünü desəm, nə dərəcədə doğru olduğundan xəbərim yoxdur”.

Şəbnəm Tovuzlunun prodüseri də məlumatı təkzib edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<